Rüzgar Mövsümhas quoted8 years ago
Ölən qızın sağ ayağında nazik, ucuz, saxta qızıldan hazırlanmış zəncir vardı. Belə səfehliyi ancaq zövqsüz, xəyalpərvər cavanlıqda eləmək olardı... Düyməsində «Toujours Charles»1 yazılmış bu zəncir ayağına elə dolanmışdı ki, açmaq olmurdu və Sena çayının sahillərində keçən bazar günlərindən, eşqbazlıqdan, çılğın gənclikdən, Neydəki balaca zərgər dükanından, talvarda keçən sentyabr gecələrindən xəbər verirdi. Və qəflətən gələn ayrılıq, yollarda qalan gözlər, qorxu, qəfil yoxa çıxan Şarl... Haradasa bir mamaça tanıyan rəfiqəsi. Mamaça, üstünə müşəmbə salınmış stol, dəhşətli ağrılar, qanaxma... qan... qarının qorxudan qırışmış sifəti. Başından eləmək üçün onu taksiyə qoyan əllər. Sonra o əzablı-işgəncəli günlər və nəhayət, təcili yardım, xəstəxana, alışıb-yanan tərli ovcunda sıxdığı olan-olmazı – yüz frank və bir də... artıq gec idi...
Radio xırıldamağa başladı. Kimsə tanqo üstündə qart səslə mənasız sözlər oxuyurdu. Ravik birdən hiss elədi ki, bayaqkı təşrihin gedişini təzədən xatırlayır, hər hərəkətini saf-çürük edir. Bir-iki saat əvvəl olsaydı, yenə nə isə eləmək mümkün idi. Veber zəng elətdirib, ancaq mehmanxanada tapılmayıb. Demək, o, de Alma körpüsünün üstündə dayanıb çaya baxıb, qız da bu arada ölüb.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)