Xuraman Memmedovahas quoted5 years ago
Əlbəttə, səhifəni tez doldurmaq naminə mənasız sözləri bir-birindən xeyli aralı yazmaqla məsələni həll etmək olar. Bunu hamı bacarar. Ancaq bax çərənçiliyin zəruriliyini inandırıcı şəkildə sübut etmək əsl məharət tə­ləb edir. Beləcə fikirləşdiyim yerdə birdən ağlıma əla bir ideya gəldi. Tezliklə üç səhifəlik inşa hazır ol­du. Yazıda mən sübut edirdim ki, çərənçilik qadın tə­­biətinin ayrılmaz xüsusiyyətidir. Az çərənləməyə cəhd etmək olar, amma bundan tamam yaxa qurtarmaq mümkün deyil. Axı mənim anam da danışqandır, mən bunu ondan öyrənmişəm, anadangəlmə xü­su­siyyətlərlə necə mübarizə aparasan?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)