Xuraman Memmedovahas quoted5 years ago
Bir-birinin dalınca bizim hüquqlarımızı məhdudlaşdıran qanunlar qəbul edilirdi. Yəhudilər sarı ulduz nişanı tax­­­malıydılar, velosipedlərini təhvil verməliydilər, tram­­­vaya, hətta şəxsi avtomobillərinə belə minə bil­məz­dilər. Yəhudilər dükanlara yalnız saat üçdən be­şə qədər girmə­li idilər və istisnasız olaraq yalnız yə­hudi bərbərlərin xidmətindən istifadə edə bilərdilər. Yəhudilər axşam saat səkkizdən səhər altıya qədər kü­­çədə görünə bilməzdilər. Onların teatr, kino və bu kimi digər yerlərə, həmçinin hovuz, idman zalla­rı­na, avarçəkməyə getməyi, ümumiyyətlə, ictimai yer­­də istənilən idman növüylə məşğul olmağı qada­ğanıydı. Axşam saat səkkizdən sonra yəhudilər şəx­si və ya tanışlarının bağlarında otura bilməzdilər. Xaç­pə­rəstlərə qonaq gedə bilməzdilər. Yalnız yəhudi mək­təblərində oxumağa icazə verilirdi. Beləcə, yeni qadağaları gözləyə-gözləyə yaşayırdıq. Cekki deyirdi: “Ağlımdan nəsə keçirməyə qorxuram, birdən bu da qadağan olar?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)