feridveliyevhas quoted8 years ago
ldığı qızılla işlənmiş qobelenlər, qübbələnmiş tavandan isə büllur çilçıraq asılmışdı.

Yuxarı mərtəbədə mənim yataq otağım, Babanın otağı, eləcə də daim tütün və darçın qoxuyan, “qəl­yanxana” hücrəsi – kabinet vardı. Baba və onun dostları Əlinin aç­dığı süfrədən sonra bu hücrədə qara dəri kres­lolara yay­xanardılar. Onlar qəlyanlarını doldurar – Baba buna qəl­yanı kökəltmək deyərdi – və sevdikləri üç möv­zudan biri – siyasət, biznes, yaxud futbolu müza­kirə edərdilər. Bə­zən mən Babadan onlarla oturmaqçün icazə istəyərdim, amma o qapını gövdəsi ilə bağlayıb:

– Get, – deyərdi. – Görürsən, böyüklər söhbət eləyir. Yeri, kitab oxu.

O qapını bağlayar, mən isə ürəyimdə “niyə o ancaq böyüklərlə söhbətə ayırır vaxtını” deyə-deyə, bağlı qapı ar­xasında qalardım. Dizlərimi sinəmə sıxıb qapının ya­nında yerə çökər, beləcə, onların gülüşünə, söhbətinə qu­laq verə-verə bir saat, bəzən iki saat oturardım.

Aşağıdakı qonaq otağının qövsvarı divarlarında xüsusi sifarişlə düzəlmiş şkafların içində çərçivəyə sa­lınmış ailə şəkilləri var idi: babamla Nadir Şahın 1931-ci ildə, şahın qətlindən iki il əvvəl çəkdirdiyi köhnə, bo­zarmış şəklində ikisi də ayaqlarında uzunboğaz çək­mə, çiyinlərində aşır­ma kəmər üzərində tüfəng, ovlanmış ma­ralın yanında dayanmışdılar. Bir az aralıda va­lideynlərimin toy şəkli də vardı – Baba öz qara kos­tyu­munda çox şıq görünür, anam isə ağ geyimdə gənc şahzadəyə bənzəyirdi. Şəkillərdən birində Baba və onun ən yaxın dostu, iş ortağı Rəhim Xan bizim evin qar­şısında dayanıblar, heç birinin üzündə təbəssüm yoxdur – bu şəkildə yorğun və tutqun görünən Babanın quc­a­ğındakı körpə mənəm. Babanın qucağında olsam da, balaca barmaqlarımın sarıldığı çeçələ barmaq Rəhim Xanınkıdır.

Qövsvarı divarın o başında yemək otağının ortasın­dakı qırmızı ağacdan düzəlmiş yemək masasının başına ra­hatca 30 qonaq yerləşə bilərdi. Atamın qeyri-adi qo­naq­lıqlar şakərini nəzərə alsaq, demək olar ki, hər həftə ma­sanın ətrafı dolu olurdu. Qonaq otağının bir ba­şındakı hündür mərmər buxarı qış vaxtı həmişə ocağın narıncı işığına boyanardı.

Geniş şüşə sürüşmə qapılar iki akr1 sahəsi olan arxa həyətə və sıra-sıra albalı ağacları ilə əhatələnmiş ya­rımdairəvi meydançaya açılırdı. Baba və Əli həyətin şərq divarı boyunca kiçik tərəvəz bostanı düzəldib, po­midor, nanə, bibər və əslində heç vaxt bar gətirməyən qarğıdalı əkmişdilər. Həsənlə mən ona “Qarımış qar­ğı­dalı divarı” deyirdik. Bağın cənubundakı yapon əz­gilinin kölgəsində qulluqçuların evi – Həsənlə atası­nın yaşadığı balaca, sadə palçıq daxma var idi.

1964-cü ilin qışında, anam məni doğarkən öldükdən bir il sonra Həsən bax elə burda, bu kiçik daxmada dün­yaya gəlmişdi.

Malikanədə yaşadığım on səkkiz il ərzində mən Hə­sənlə Əlinin olduğu tərəfə c
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)