Vusala Mammadovahas quoted8 years ago
Kreativlik texnikası

• Modifikasiya analizi. Bəzi mallar və ya xidmət üçün onun digər məhsullarla (xidmətlərlə) uyğunlaşması, modifikasiyası, artırılması, azaldılması, əvəzlənməsi, dəyişdirilməsi, yenidən qiymətləndirilməsi və ya birləşdirilməsi ehtimallarını nəzərdən keçirin.
• Atribut siyahısının tərtib edilməsi. Malın atributlarını müəyyənləşdirin və şəklini dəyişin. Məsələn, əgər siçan tələsini təkmilləşdirmək istəyirsinizsə, onun yaxşılığa doğru dəyişilməsi imkanlarına tələ, əsas mexanizm, qurğunun işə düşməsini xəbərdar edən mexanizm, qurbanı çıxarma üsulu, forma, material və qiymət nöqteyi-nəzərindən baxmalısınız.
• “Məcburi əlaqələr”. Məlum elementləri bir başqa cür quraşdırmağa cəhd edin. Məsələn, ofis mebelinin yeni modeli üzərində işləyərkən, yazı masasıyla kitab dolabının, kitab dolabıyla kartotekanın birləşdirilməsi ideyası ətrafında düşünün.
• Morfoloji analiz. Problemin əsas tərkibləriylə oynayın. Məsələn, nəyinsə bir yerdən o biri yerə keçirilməsi məsələsini çözərkən, yerdəyişmə vasitəsini (araba, beşik, sarğı, konveyer lenti), iş mühitini — (hava, su, yağ, diyircəklər, relslər) və enerji mənbəyini (sıxlaşdırılmış hava, mühərrik, buxar, maqnit sahəsi, tros) nəzərdən keçirin.
• Məhsul çətinliklərinin analizi. Məlum məhsulla bağlı bütün çətinlikləri öncədən düşünün. Məsələn, saqqız öz dadını həddən artıq tez itirir, karies yarada bilər, onu tullamaq çətindir. Bu çətinlikləri həll etməyə çalışın.
• Qərar ağacları. Hansı qərarlar çıxaracağınızı müəyyənləşdirin. Məsələn, yeni dəriyə qulluq vasitəsini işləyib-hazırlayarkən istifadəçi kateqoriyası (kişi və ya qadın), qulluq forması (dezodorant, üz qırxmaq üçün vasitə, odekolon), qablaşdırma forması (karandaş, butulka, balon), bazar forması (kommersiya, hədiyyəlik) və yayılma kanalını (ticarət agentlikləri, mağazalar, otel nömrələri) seçmək zəruridir.
• Beyin həmləsi. Kiçik bir qrup yığıb problem ətrafında müzakirə açın, məsələn: “Ev üçün yeni məhsullar və xidmətlər düşünmək”. Azad assosiasiyaları bəyənin, iştirakçıları mümkün qədər çoxlu ideyalar irəli sürməyə həvəsləndirin, yeni kombinasiyaları sınayın və müəyyən məqamadək hər hansı bir tənqiddən uzaq durun.
• Sintetika. Real problemin qərarına başlamazdan öncə onu daha ümumi görünüşdə qoyun (məsələn, nəyisə necə açmaq). Bu, tez-tez düşüncə sərhədini genişləndirməyə kömək edir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)