Nurlan Süleymanovhas quoted6 years ago
Bir dəfə yanıma bir nəfər gəlib dedi: “Mən Allaha inanan böyük insanam”.
Dedim: “Əvvəllər sizi görmüşdüm. Həmişə Allahdan narazılığınızı bildirirdiniz, indi nə olub belə?”
Cavab verdi: “Narazı idim, ona görə ki övladım yox idi. Artıq on il idi fasilə vermədən ibadət edirdim, Tanrı mənim dualarıma cavab vermirdi. İbadət etməyi, kilsəyə getməyi dayandırdım. Özümü qarət edilmiş, aldanmış hiss edirdim. Allahın mövcud olmadığını düşünürdüm.
Sən demə, çox tələsirmişəm. Dünən övladım doğuldu. Əvvəlcə sizə bildirmək istədim ki, – axı siz mə­nim on il necə əzab çəkdiyimi bilirsiniz, – son dərəcə xoşbəxtəm. Lakin O özünün bizə məlum olmayan səbəblərinə görə qərarını ləngidə bilər, dualarımız isə hər zaman eşidiləcək – bu gün olmasa da, sabah eşidiləcək”.
O şəxsə dedim: “Siz hələ də tələsirsiniz. Uşaq ölə də bilər, bəs onda sizin Tanrıya olan sevginiz, etibarınız, inamınız necə olacaq? Uşağın ölümüylə sizin Tanrınız da öləcək”. Sizin Tanrıya sevginiz uşağınızla birlikdə doğulub, onunla da öləcək və siz Ona həmişəkindən daha çox nifrət edəcəksiniz”.
Kişi bağırdı: “Elə deməyin!”
Ona belə cavab verdim: “Sizin dərk etməyiniz üçün deməliyəm ki, Tanrıya sevginiz fəsildir. Eynilə mövsümi güllər kimi, yəni bir neçə həftə küləkdə oynayır, sonra yox olur. Sizin sevginiz varlığınızın məğzindən, mərkəzindən yaranmamışdı. Bu, həyəcan, narahatlıq yox, sadəcə, rüşvətdir”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)