Shura Verjenskayahas quoted6 years ago
Qadın ləzgi dilində nəsə dedi, silahlı adamlar qadının üzünü görməmək üçün çevrilib getdilər. Qadın üzündəki örtüyü açdı. Yalnız mənə, bir də xədimə onun üzünü, iri qaynar gözlərini görməyə icazə verdilər. Qadın qabağımda əyildi, dedim yəqin məni öpmək istəyir, amma süd analığım məni qoxuladı, qollarımı qaldırıb bədənimi, sinəmi, ağzımı qoxuladı. Sonra məni bağrına basıb öpdü, razı halda dedi:

— Daha kişi qoxusu verirsən, bu yaxşıdır. — Sonra yerə oturdu, məni də yanında oturdub dedi: — Əssə, oğlum, onlar deyirlər, sən çox xəstəsən. Mənsə deyirəm ki, sən xəstə deyilsən, bəlkə də acsan. Sən beşiyində yuxuya getməyəndə mən səni əmizdirirdim, sən doyub yatırdın. İndi səni yenə yedizdirərəm, — deyib qadın köynəyini qurşağına qədər endirdi, döşünün birini ağzıma tutdu. Qorxdum, bir gözümlə xədimə baxdım.

— İç, — o, rus dilində dedi, — dağlarda bir-birini belə qarşılayırlar.

Mən cəsarətə gəldim, son dəfə dayəmin döşündən süd əmdim. O qədər əmdim ki, analığımın belində gətirdiyi körpə uşağı etiraz əlaməti olaraq qışqırmağa başladı. Ehmalca analığımın döşünü buraxdım, ayağa qalxdım.

— Sən çox yaxşı anasan, — dedim. — Qoy o balaca da əmsin.

Bir az kənarda bir kişi dayanmışdı. Bu, İsgəndər Xan idi. Mən onu tanımamışdım. O, bərkdən güldü, məni yerdən qaldırıb qucağına aldı, körpə uşaq kimi elə qucağındaca kəndə gətirdi. Dayə, xədim, o biri adamlar arxamızca gəlirdilər. Beləcə, mən süd qohumlarımın yanına gəldim.

Tovbe Tovbe Tovbe (((((((

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)