Lamiya Yusibova Murshudluhas quoted8 years ago
plastikanın yaxşılaşdırılması üçün bir neçə resept təklif edirəm. Beləliklə, bunun üçün bizə maqnitofon, iki-üç sevimli musiqi kompozisiyası və məşqlərin keçirilməsi üçün orta ölçülü bir xalça lazım olacaq.
Öncə xalça üzərinə uzanıb tamamilə özünüzü boş buraxın, əzələlərinizi gərginləşdirməyin. Sonra bədəninizin istədiyiniz kimi idarə edə biləcəyiniz elastik bir substansiya olduğunu təsəvvür edin. Çanağınızı bir qədər yuxarı qaldırıb oyan-buyana fırladın. Bu proseduru bir neçə dəfə təkrar edin. Təsəvvür edin ki, bədəninizdən bir cərəyan, dalğa keçir və bu hiss sizə o qədər xoş təsir bağışlayır ki, siz onu dəfələrlə təkrarlayaraq, dalğanın ritminə uyğun hərəkət edirsiniz. O biri böyrünüzə diyirlənib bu dalğanı bir daha hiss etməyə cəhd edin.
Xalçanın üstündə ayaq üstə dayanıb, əllərinizi, ayaqlarınızı, bütün bədəninizi sərbəst və boş saxlayın. Dalğanı qarnınızla yuxarıdan-aşağıya keçirməyə çalışın. İlk dəfədən bu, sizdə alınmaya da bilər, lakin məşqləri davam etsəniz, tezliklə hamını qarnınızın plastikası ilə heyran qoyacaqsınız, eyni zamanda qarnınızın əzələlərini bərkidib gözəl presə sahiblənmiş olarsınız.
Bu hərəkət isə sizə ombanızın gözəl hərəkət etməsinə, bel əzələlərinin möhkəmlənməsinə və belinizin daha ifadəli olmasına kömək edəcək. Bundan əvvəlki hərəkə-tdə olduğu kimi, xalçanın üstündə düz dayanıb bədə-ninizdən bir dalğa keçirməli olacaqsınız, lakin birinci hərəkətdə dalğanı yuxarıdan aşağı keçirirdinizsə, indiki hərəkətdə dalğanı bir böyrünüzdən o biri tərəfə keçirməniz lazımdır. Özünüzü köhnəlmiş dəridən qurtulan bir ilan olaraq təsəvvür edin, bu dəridən qurtulmaqla ətraf aləmin qarşısına yeni bir dəridə, yeni bir görkəmdə çıxmağa nail olacaqsınız. Bədəninizin hər əzələsini, hər incəliyini hiss etməyə çalışın. Bir müddətdən sonra siz hərəkətlərinizin daha incə və cazibədar olmasının və kişilərin sizə daha çox diqqət yetirməsinin fərqinə varacaqsınız.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)