Vusala Mammadovahas quoted8 years ago
İKİ İT

Xanın xidmətində can-başla duran,
Həyət iti, sadiq Toplan,
Öz köhnə tanışı,
Jujunu, qıvrımtüklü bolonkanı,
Pəncərədə, yumşaq döşəkcə üstə yatan gördü.
Sanki doğmaymış kimi onu sevirlər,
Toplan mütəəssir olub az qala ağladı,
Pəncərənin altında hoppanıb-düşdü, zingildəyib quyruğunu
buladı.
“Hə, de görüm, Juju? Necə dolanırsan,
Ağalar səni saraya götürəndən sonra?
Axı yadındadır: həyətdə biz çox vaxt aclıq çəkirdik.
Sən nə ilə xidmət edirsən?”
“Bəxtəvərliyə deyinmək günahdır, –
Juju cavab verir. –
Ağam mənə ürəyini də əsirgəmir;
Bolluq içində və xoş güzəran sürürəm,
Gümüş qabdan həm yeyirəm, həm içirəm;
Xanla oynayıram; əgər yorulsam isə,
Xalçaların və yumşaq divanın üstündə şellənirəm.
Sən necə dolanırsan?”
“Mən, – cavab verdi Toplan,
Quyruğunu ilgək kimi büküb və burnunu salladaraq, –
Əvvəlki tək yaşayıram: həm soyuğa, həm də aclığa dözürəm!
Həm də ağamızın evini qoruyuram,
Burda hasarın altında yatıram, yağışdan islanıram;
Birdən bivaxt hürərəmsə, onda kötək də alıram.
Axı sən Juju, nədən belə bəxtəvər oldun,
Belə zəif idin, balaca idin,
Mənsə əbəs yerə özümü fəda edirəm.
Sən nə ilə xidmət edirsən?”
“Nə ilə xidmət edirəm! Nə gözəl! –
Juju cavab verdi rişxəndlə. –
Arxa pəncələrim üstə gəzirəm”.
İvan Krılov (1769-1844)
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)