Gulshan Jabihas quoted8 years ago
Gəncəli Cavad xan, hünərli və elm sevən bir adam olmaqla bərabər qaniçən və günah işdən çəkinməyən bir əmir idi. Ölkə əhalisi ondan üz çevirmişdi və qonşu əmirlər də onun məhv olmasını arzu edirdilər. Buna görə, ruslar qayıtdıqları zaman, Gəncə ölkəsini Gürcüstan valisinə verdilər. Vali İrakli xan, qarabağlı İbrahim xan və şəkili Səlim xan qoşunla Gəncənin xaricinə gəldilər. Şəmsəddinli Əli sultanı vali tərəfindən naib sifətilə Gəncə hökumətinə təyin etdilər. Cavad xan çarəsiz qalıb, qaçmaq fikrinə düşdü. Lakin onun arvadı Şükufə xanım adam göndərib, Əli sultan ilə mehmannəvazlığa başladı. Keçmişdə Cavad xanın etmiş olduğu yaxşılıqları və onu həbsxana cəzasından necə azad etdiyini ona xatırlatdı. Əli sultan da, zatında olan vəfadarlıq və insanlığı üzündən, Cavad xanın hüzuruna gəlib, ixlas və təzim ilə qalanın açarını təslim etdi və onun xidmətində durdu. Bu hadisədən sonra Gəncə əhalisi ona tabe oldu. Ətrafa dağılmış xanlar da öz mülklərinə qayıtdılar.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)