Vusala Mammadovahas quoted8 years ago
Sizə nəsihət: xronofaqlarla sərt münasibətdə olun və onları qəddarcasına, amansızlıqla qırın. Yu­m­­şaqlıq və utancaqlıqla heç nəyə nail olmazsınız. Əksinə, xronofaqların rifahı üçün mikroiqlimi məhz elə bu xüsusiyyətlər yaradır. Xronofaqın canı çox bərkdir və onu məhv etmək lazımdır. Zorakılıq mənə yad xüsusiyyətdir, amma hazırkı vəziyyətdə bu zəruridir. Siz axı qorunmağa heç bir cəhd göstərmədən yırtıcı heyvana icazə verməli deyilsiniz ki, sizi parçalasın. Xronofaq isə eynilə yırtıcı kimidir, o sizin həyatınızı parçalayıb qoparır. Çünki əgər bizim həyatımız vaxt deyilsə, bəs nədir? «Hanı o adam ki, vaxtı heç olmasa müəyyən qədər, lap az da olsa, qiymətləndirir, hər günün üstündə əsməyi bacarır və vaxtın onu anbaan ölümə yaxınlaşdırdığını dərk edir?.. Biz həyatı sabaha saxladıqca, o ötüb keçir. Heç nə bizə vaxt qədər, vaxt dərəcəsində məxsus deyil; vaxt bizimdir. Və biz qarşımıza çıxan elə ilk adamaca imkan veririk ki, bizə məxsus olan bu yeganə və tezsovuşan var-dövlətimizi zəbt etsin…».
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)