Vusala Mammadovahas quoted8 years ago
Çox qadına rast gəlmişəm, onların ən yaxşısı Suvorinadır. Əri kimi o da orijinaldır, həm də qadıntək düşünmür – ağıllıdır. O qədər cəfəngiyat danışır ki... Ancaq ciddi danışmaq lazım gələndə mühakimələri ağıllı və sərbəst olur. Bütün varlığı ilə Tolstoya vurulub, ona görə də müasir ədəbiyyatı görməyə gözü yoxdur. Ədəbiyyat haqqında onunla danışanda hiss edirsən ki, Korolenko, Bejetski, mən və başqaları onun şəxsi düşmənləriyik. Qeyri-adi dərəcədə, arasıkəsilmədən cəfəngiyat danışmaq, özü də ustalıqla və tox maraqlı danışmaq qabiliyyətinə malikdir. Buna görə də onu bütün günü darıxmadan sarı bülbülü dinlədiyin kimi dinləmək olar. Ümumiyyətlə, maraqlı, ağıllı və yaxşı adamdır. Axşamlar dəniz sahilində qumun üstündə oturub ağlayır, səhərlər isə qəhqəhə çəkir və qaraçı romansları oxuyur.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)