Xuraman Memmedovahas quoted4 years ago
Yəqin məndən soruşacaqsan ki, niyə burda olan adamlara həqiqətin əksini dedim. Bax, Həsən, bu adamların hamısı hələ də evlərinin divarlarında Qərnatadakı mənzillərinin açarlarını asırlar. Hər gün də onlara baxıb köks ötürür və dua eləyirlər. Və hər gün fərəhli və məğrur yaşadıqları keçmiş günləri xatırlayırlar. O qürur ki, köçkünlükdə onun nə olduğunu unudublar. Onları həyatda saxlayan tək şey budur; elə fikirləşirlər ki, Böyük Sultanın sayəsində və ya Göylərin inayətilə çox keçmədən xəyallarında heç bir insanın əli dəyib korlanmamış mənzillərini, mənzillərinin daşlarının rəngini, bağçalarının ətrini, hovuzlarının suyunu geri qaytara biləcəklər. Onlar bununla yaşayırlar, bu ümidlə də öləcəklər, övladları da eləcə. Bəlkə də, onları məğlubiyyətin gözünə baxmağa öyrətməyə cürət eləyən kimsə olmalıdır. Elə bir adam ki,onlara başa salmağa cürət eləsin ki, insan əvvəlcə yıxıldığını qəbul eləməlidir ki, ayağa qalxa bilsin. Bir gün kimsə onlara doğrusunu deməlidir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)