Muhammed Damirovhas quoted5 years ago
Bəli, Yucin, düşün, rica edirəm! Hələ düzəldilməz bir şey etməmişəm, yaxşıca düşün. Sən elə bilirsən ki, bu qızı sevirsən, əslində isə belə deyildir. Sənə elə gəlir ki, o gözəldir, təmizdir, sevimlidir, sən də ətrafında olan hər şeyi tapdalamağa və məni qoyub getməyə hazırsan. Lakin sən onu sevmirsən, özün tezliklə buna inanacaqsan... Sən heç kəsi sevmirsən, Yucin, sən sevməyə qabil deyilsən. Sən olduqca xudbinsən. Əgər sevməyə qabil olsaydın, bunun bir hissəciyi mənə də çatardı. Mən sənə yaxşı arvad olmaq üçün bütün qüvvəmlə çalışmadımmı? Lakin hamısı faydasız imiş. Bütün bu illər mən bilirdim ki, sən məni sevmirsən. Mən bunu sənin gözlərindən oxuyurdum. Yucin, sən sevən bir adam kimi heç vaxt mənə yaxın olmadın, sən sadəcə mənim varlığıma dözürdün, ürəyində sən həmişə soyuq və laqeyd idin. İndi, geriyə nəzər salarkən, mən görürəm ki, özüm də belə olmuşam, mən də soyuq, daşürəkli olmuşam. Mən belə amansız olmaq üçün özümü möhkəmlətməyə çalışdım və indi bunun nəyə gətirib çıxardığı mənə aydındır. Çox təəssüf edirəm. Süzannaya gəlincə, sən onu sevmirsən və heç bir zaman sevməyəcəksən. O sənin üçün çox cavandır. Onun düşüncələri səninkilərlə düz gələ bilməz. Sən xəyal edirsən ki, Süzanna mehriban və incədir, bununla birlikdə ağıllı və böyük ürəyə malik bir məxluqdur. Sən doğrudanmı elə düşünürsən ki, belə olsaydı, bugünkü kimi mənim qarşımda dura bilər, mənim — sənin arvadının — gözlərinin içinə baxar və səni — mənim ərimi — sevdiyini söylərdi? Sən doğrudanmı düşünürsən ki, əgər onun bir damcı həyası olsaydı, vəziyyətin nə yerdə olduğunu bildiyi halda bu evdə qalardı? Axı sən, deyəsən, hər şeyi ona danışmısan? Mən bilmək istərdim ki, bu nə cür qızdır? Sən də onu abırlı hesab edirsən? Abırlımı? Abırlı qız da belə şeyi edə bilər?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)