b5100845609has quoted8 years ago
Avtoritetə inamın təhlükəli ola bilməsini son onilliklərdə uçuş konsernləri aşkar ediblər. Bir çox qəzaların baş vermə səbəbi budur ki, təy­yarə kapitanının buraxdığı yanlışlığı pilot he­yə­ti öncədən görür, lakin avtoritetə inam hissi güc­lü olduğundan, yanlışlığı kapitana deməyə cürət etmir. Təxminən 15 ildən bəridir ki, bütün uçuş konsernlərinin pilotlarına “uçuşların təh­lü­kə­siz­­liyini təmin etmə menecmenti” kurslarında tə­lim keçirilir. Orada onlara ağılsız ideyalara qarşı açıq və sürəkli şəkildə reaksiya vermək və onu mü­zakirə etmək qabiliyyəti öyrədilir. Başqa sözlə de­sək, onlarda zorla avtoritetə inam bəsləmə hissi aradan qaldırılır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)