b8234558246has quoted8 years ago
Əsasən də başa düşə bilmirəm ki, niyə xuliqanlar, oğrular – alçaqlar – insanların həyatını dağıdır, bunu necə edə bilirlər, anlamıram. Bir nahar pulu üçün kiminsə böyrəyini yumruqlayan oğlanları, insanları kəmağıl hesab edən polislərin hərəkətini başa düşə bilmirəm. Başa düşə bilmirəm, niyə bəzi uşaqlar onlar kimi olmayan, dərslərini oxuyan, riyaziyyat yarışında iştirak edən uşaqlara lağ edir, onları ruhdan salır, “username” ilə parolun fərqini bilməyənlər niyə başqalarını təhqir edir?! Başa düşə bilmirəm, niyə bəzi atalar öz ailəsini tərk edib Febreze qoxusu gələn, özünün aldığı “Toyota”nı sürən qadınla özünə təzə həyat başlayır və o qadın da ona inanan, onu sevən adamlara düz iki il yalan deyən əclafı, bir lomba tüpürcəyə layiq olan “atanın” dediyi hər zarafata elə gülür elə bil Tanrının ona göndərdiyi nemətdir.
  • unavailable
    Jojo Moyes
    Bir+Bir
    • 1.1K
    • 109
    • 31
    • 53
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)