Saleh Əhmədovhas quoted7 years ago
Ancaq biz hansısa nevrotiki psixoanaliz üsulu ilə müalicə eləyəndə büsbütün başqa bir yanaşmaya əl atırıq. Biz bu vaxt xəstəyə müalicənin ağırlığından, uzun çəkəcəyindən, habelə onun sağalmasının çoxlu güc və sarsıntılarla başa gələcəyindən danışırıq. Müalicənin uğurla bitəcəyinə gəlincə, biz bununla bağlı da xəstəyə söz verib onu arxayın eləmirik, axı uğurlu sonluq xəstənin özünü necə aparmasından, onun müalicəyə anlayışla yanaşmasından, öz düşündüklərini gizlətməyib yerli-yataqlı danışmasından və dözümlülüyündən asılıdır. Sözsüz, ilk baxışda sizlərə yanlış görünə bilən belə bir müalicə üsuluna əl atmaqda bizim də öz tutarlı arqumentlərimiz vardır və çox keçmədən sizlər də bu arqumentlərlə tanış olacaqsınız.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)