b1453875628has quoted5 years ago
Tam və ümidsiz yoxsulluq. Yox, atamın elə bir əmlakı heç vaxt olmayıb.
Onlar qonşunun evindən çıxaraq yuxarı qalxmağa başladılar. Anatoli dayandı və divara yumruğuyla güclü bir zərbə vurdu.
— Elə bil ki, hər şey yuxuda baş verir. Anlaya bilmirəm ki, necə oldu başımıza belə bir hadisə gəldi.
— Özünü ələ al, – Pyotr tövsiyə etdi. Birlikdə oturaq və hər şeyi dərindən düşünək. Sən onların nə istədiyini soruşardın da.
Anatoli əsəbi cavab verdi:
— O, “ver” deyə təkrar edirdi və başqa heç nə demədi.
— Mən sənin yerində olsam çalışardım ki, bir qədər sakitləşim və onlar deyən hər sözü bir daha təhlil edim. Bildiyim hər şeyi. Ola bilər ki, nəsə anladım, ya da xatırladım. Ola bilər ki, nəsə bir ailə sirriniz var ki, onu sən bilmirsən.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)