Vusala Mammadovahas quoted8 years ago
Heç cür anlaya bilmirdi: axı necə ola bilərdi ki, aydın və bitkin bir şey ruhu özünə dərkedilməz və yayğın qədər əsir etsin. Aşkar olan bircə şeydi: bu qədər qüsursuz, keyfiyyətli incəsənət əsərlərini xoşlamamasının, hətta haradasa gözəl olmalarına rəğmən darıxdırıcı olmasının, hətta ən pisi – onda nifrət yaratmasının səbəbini bilirdi. Emalatxanalar, kilsələr və saraylar bu cür uğursuz əsərlərlə doludur; bəzilərinin yaranmasında özü də iştirak edib. Onlar ona görə bu qədər cansıxıcı, bu qədər faydasız idi ki, ucalıq yanğısı yaratdığı halda onu söndürmürdülər, çünki əsas şərtdən – sirdən xali idilər. Arzunu, xəyalları və ali, həqiqi incəsənət əsərini birləşdirənsə məhz sirdir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)