b5152654585has quoted8 years ago
Sadə evristika aşağıdakılardan ibarətdir: hər şeydən əvvəl bizim ağlımıza gələn təsəvvürlər (yəni özümüzdə olan informasiyalar) əsasında dünyanın xəritəsini cızırıq. Burada təbii olaraq səhvə yol veririk, belə ki, dərhal təsəvvür edə bildiyimiz gerçəklik bizim şüurumuzda olan quruluşa malik deyil.
Sadə evristika bizim beynimizdə yanlış risklər xəritəsini cızır. Beləliklə, biz aviasiya, avtomobil qəzaları, yaxud da qəsdən adamöldürmə riskini sistematik şişirdirik, lakin diabet, mədə xərçəngi kimi daha az sensasion şeylərdən ölməyə tam qiymət vermirik. Bomba partlayışları təsəvvür etdiyimizdən əhəmiyyətli dərəcədə az baş verir; lakin depressiyalar bununla müqayisədə də­fə­lər­lə tez-tez baş verən haldır. Hamı üçün sensasion, hay-küylü və üzdə olan nə varsa, biz bunlara daha böyük inam bəsləyirik. Əksinə, hamı üçün az əhəmiyyətli, görünməyən və eşidilməyən nə vardırsa, onlara önəm verilmir. Ona görə də bütün sensasion, hay-küylü, üzdə olan nə varsa, bunlar bizim beynimizə daha çox təsir edir. Beyin hadisələrin statistik qiymətləndirilməsinə deyil, məhz onların dramatikliyinə reaksiya verməyə vərdiş edib
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)