Vusala Mammadovahas quoted8 years ago
Birisinin çox qürurlandığı, məğrur davrandığı bir yerdə, “digəri”nin xəcalətinin və alçaldılmasının kölgəsi var. Ya da çox alçaldığını xəyal edən birisi məğrur bir milliyyətçiliklə qarşımıza çıxır. Romanlarım bu cür xəcalətin, qürurun, əzilmişliyin, etirazın izləri ilə yazılıb. Avropanın qapısını döyən bir ölkədən gəldiyim üçün bu küskün duyğularım, müəyyən vaxtlarda nə qədər asan alovlanaraq bu təhlükəli həddə çatdığını da bilirəm. Bu xəcalətdən Dostoyevskinin romanlarını oxuyarkən eşitdiyimi hiss etdiyim fısıltı və sirr verirmiş kimi bəhs etmək istərdim. Roman sənəti mənə sirr kimi gizlətmək istədiyimiz xəcalətimizi başqaları ilə bölüşmənin bizi azad edəcəyini öyrətdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)