b5152654585has quoted8 years ago
Eynən mətbuat da musiqiçilərin, yazıçıların, məşq­çilərin və s. əsas kütləsinin vəziyyəti haqqında düz­gün təsəvvür yarada bilməz. “Bəxti gətirənlərə” həsr olunmuş kitablar və nəşrlər də sizi yoldan çıxarmasın. Axı işində müvəffəqiyyətsizliyə uğrayanlar şəxsi uğursuzluqları mövzusunda nə kitab yazırlar, nə də müsahibə verirlər, çünki bu, onlara ağır gəlir.
Həyatda sağ qalanın yanlışlığı uğur qazananlar üçün çox bayağı bir mövzu olur. Hətta uğurunuz tam təsadüfə əsaslansa belə, siz – digər “bəx­­ti gətirənlərlə” birlikdə – özünüz üçün nə­yin “müvəf­fə­qiyyət faktoruna” xidmət et­di­­yini asan­lıqla izah edəcəksiniz. Lakin bəxti gə­tir­mə­yən­lərin (adamların, firmaların və s.) qə­bir­lə­rini zi­yarət edən zaman inana bilərsiniz ki, onlar da “mü­vəffəqiyyət faktoruna” inanmışdılar, lakin sax­­ta nəticə əldə etdilər.
Bu məsələni hansısa alimin statistik nə­ti­cə­sin­­dən is­tifadə ilə müqayisə etmək olar. Mə­sə­lən, alimlər təs­diqləyirlər ki, “qırmızı çaxır insan sağ­­­lamlığının möh­kəmlənməsinə kömək edir”. Bü­­­tövlükdə bu kimi yanlış nəticələr geniş ya­yıl­dıqdan sonra hə­qi­qət kimi qəbul edilir. Məhz bu inam “həyatda sağ qa­la­nın mövqeyinin yanlış qiy­mət­ləndirilməsidir”, yəni siz yan­lış nəticəyə inanıb ça­xır içməyə başlayırsınız.
Misallar kifayət edər. Həyatda sağ qalanın möv­qe­­yinin yanlış qiymətləndirilməsi dedikdə, əslində adam­­ların şəxsi uğur qazanma ehtimalını yenidən qiy­­mət­ləndirmə meyli başa düşülür.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)