Lacivərd Məmmədovahas quoted6 years ago
Deyilənə görə – bu, həqiqətə çox bənzəyir – 1918-ci ildə alman qoşunları bu yerlərə yaxınlaşanda sərhəddə olan kəndlər ən gözəl qadınlarını kənd ağsaqqallarının müşayiəti ilə almanların yanına göndərirlər. Ağsaqqallar niyyətlərini ərz edib almanları inandırırlar ki, onlar fatehlərin nə istədiklərini yaxşı bilirlər, sonra da gözüyaşlı yalvarıb-yaxarırlar ki, almanlar onların adətini qəbul etsinlər, qədimdən bəri adət etdikləri qadın vergisindən başqa onlara heç bir vergi vurmasınlar. Almanlar məəttəl qalmışdılar, nə desinlər, yəqin ki, onların müstəmləkəçilik tarixində əvvəllər belə şey olmamışdı. Yerlilərin adətinə hörmət etsinlərmi? Onlar buna razılaşmayıb qızları, qadınları geri qaytardılar. Hər halda Qafqazda belə danışırlar.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)