Vusala Mammadovahas quoted8 years ago
Mən yazar olmağa qərar verdiyimdə həm şeirdə, həm də romanda hakim olan ədəbiyyat anlayışı yalnız bir fərdin kəlmələrlə özünü, ruhunu və qəribəliyini ifadə etməsinə deyil, topluluqlarla müəyyən bir ideologiya ilə, hərəkət cəmiyyətin gələcəyinə dair bir utopiyaya, bir xəyala (modernizm, sosializm, islamçılıq, milliyyətçilik, dünyəvi respublikaçılıq kimi) dəyər verirdi. Tarixdən, adət-ənənədən faydalanma bu səbəbdən yaradıcı yazarların özlərinə ən uyğun səsi daşıyan ədəbi formanı yarada bilməmələri onlar üçün bir problem halına gəlməmiş, onun yerinə gələcəkdəki xoşbəxt və uyumlu cəmiyyəti, hətta milləti dövlətlə birlikdə yeni bir şəklə salma xəyalının bir parçası olmuşdu. Bəzən elə düşünürəm ki, istər dünyəvi respublikaçı, istər bərabərlik tərəfdarı sosialist ədəbiyyat gözlərini gələcəyə böyük bir ümidlə çevirdiyi üçün son yüz ildə İstanbulun küçələrində, evlərində nələrin baş verdiyini nəzərdən qaçırmışıdır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)