Gunduz Memmedovhas quoted8 years ago
– Bilirsən, içkinin sənə köməyi olmayacaq! Çox da ümid etmə. O sənin indiki şişlərinin və qançırlarının ağ­rı­­sını götürsə də, yenilərini və bəlkə də daha pislərini gə­ti­­­rəcək. Sən onsuz keçinə bilməyəcəksən, hət­ta əvvəllər ey­­foriya yaratsa da, tezliklə bu keçib gedəcək və yerində ası­­lılıqla xumarlıq qalacaq. Heç bir şey dərk etmədən san­ki duman içində yaşayacaqsan, sonra qarabasmalar, aq­res­siya, ağ qızdırma başlayacaq, insanlara cummağa baş­la­­yacaqsan. Bundan sonra şəxsiyyətini itirəcəksən…
– Mən də elə bunu istəyirəm! – Antuan yumruğunu piş­­taxtaya vuraraq qışqırdı. – Mən artıq özüm ola bil­mi­­rəm, artıq individuallığımı saxlamaq üçün nə gücüm, nə istəyim var. İndividuallıq mənə çox baha başa gələn ra­­hatlıqdır. Mən kabus olmaq istəyirəm, adi qarabasma. Heç kəs məndən, mənim lənətə gəlmiş vicdanımdan azad fi­kir, bilik gözləməsin
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)