b5152654585has quoted8 years ago
Həyatda sağ qalanın yanlışlığı məsələsinə aid bir misal: tutaq ki, dostlarınızdan biri biznes fəa­liy­­yətinə başlayır. O da digər sərmayəçilər kimi rə­­qa­bət aparma gücünə malikdir. Siz də sanki şan­sınızı hiss edirsiniz: bu iş sizin üçün növbəti Bill Qeyts və Microsoft ola bilər. Kim bilir, bəlkə sizin bunda bəxtiniz də gətirəcək. Lakin hadisələrin inkişafının digər səhnəsi daha inandırıcıdır: sizin firmanız inkişafın ilkin mərhələsini keçə bilmir və üç ildən sonra müflisləşir. Birinci üç ildə rəqabətə davam gətirən firmaların özü də kiçilir və bir neçə işçi saxlaya bilir.
Nəticə bundan ibarətdir: əgər siz çiçəklənən firmalar haqqında Kütləvi İnformasiya Vasitələrinin məlumatlarına əsaslandınızsa, deməli, öz imkanlarınızın real gələcəyindən kənara çıxıb həyatda sağ qalanın mövqeyinin yanlış qiymətləndirilməsinə yol verdiniz.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)