Nizami Qasımovhas quoted7 years ago
Arve Step, siz necə düşünürsünüz, norveçlilərin Corc Buşa skeptik münasibətləri nəyə əsaslanır?
– Ona əsaslanır ki, biz çox ərköyünləşmiş, həqiqətdə heç bir müharibəyə qatılmamış bir ölkəyik, çalışmışıq ki, əvəzimizə başqaları döyüşsünlər: İngiltərə, Sovet İttifaqı və ABŞ. Biz isə Napoleonun apardığı müharibələrdən bəri böyük qardaşların arxasında gizlənirik. Norveç öz təhlükəsizliyini ağır vəziyyətlər yarananda məsuliyyəti başqalarının öz üzərinə götürməsi üstündə qurur. Bu hal isə uzun müddətdir davam etdiyindən biz reallıq hissini itirmişik, yer üzərində bizə – dünyanın ən varlı ölkəsinə yalnız firavanlıq arzulayanların yaşadıqlarına ürəkdən inanırıq. Norveç özünü Bronksun arxa həyətində gəzişən çərənçi sarışın qadın kimi aparır, sonra da hiddətlənir ki, cangüdənləri ona hücum edənlərlə niyə belə sərt rəftar edirlər.
Harri Rakelin telefonunu – bacısının nömrəsindən sonra yeganə əzbər bildiyi nömrəni yığdı. O, hələ gənc və təcrübəsiz olanda fikirləşirdi ki, pis yaddaş müstəntiq üçün qüsurdur. İndi isə dəqiq bilirdi: bu məhz belədir.
– Cangüdən deyiləndə ABŞ və prezident Buş nəzərdə tutulur? – proqramın aparıcısı soruşdu.
– Bəli. Bir dəfə Lindon Conson demişdi ki, bunu heç bir ölkə boynuna götürmədiyindən ABŞ-ın başqa seçimi də yox idi. Bizim cangüdənimiz – edip kompleksi və alkoqol problemi olan gəncdir, hərbi xidməti şərəflə çəkmək üçün əql və mənəviyyat cəhətdən olduqca kasaddır. Bir sözlə, amerikalıların özlərinə seçdikləri prezident, bizim xoşbəxtliyimizdən, belə bir oğlandır.
– Mən belə başa düşürəm ki, bu bir istehzadır?
– Əslində, yox. Belə bir zəif prezidentə məsləhətçilər lazım olacaqdır. Ən yaxşı məsləhətçilər isə, inanın mənə, Ağ evdədir. Əgər kimsə oval kabinet haqqında mənasız teleseriala baxıb demokratların ağıl sahiblərini öz qanadları altına aldıqlarını düşünürsə, o, respublikaçıların ifrat sağ qolu ilə tanış olduqda onların böyük dərrakə sahibi olduqlarını görüb təəccüblənəcəkdir. Norveçin təhlükəsizliyi ən etibarlı əllərdədir.

*

  • unavailable
    Jo Nesbo
    Qar adam
    • 1.7K
    • 876
    • 37
    • 53
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)