b5100845609has quoted8 years ago
913-cü ilin yayında Monte Karlo şəhərində inanılmaz bir hadisə baş verdi. Kazinonun oyun stolunun ətrafına yığılmış adamlar öz gözlərinə inanmırdılar. Kürəcik düz 20 dəfə dalbadal qara yuvacığa düşmüşdü. Oyunçuların əksəriyyəti bu vəziyyəti nəzərə alaraq – dəfələrlə qara tək­rar­lan­dığı üçün – artıq ehtimalla qırmızı xanaya pul qoy­dular. Lakin bu dəfə də kürəcik qaraya düşdü.
Bu dəfə yenə də daha çox adam ruletkanın ətrafına toplaşıb qırmızı xanaya pul qoydu. Axı kü­rəcik nə vaxtsa bu xanaya düşməlidir! Lakin kürəcik yenə də və yenə də qara xanaya düşdü. Yalnız 27-ci dəfədə kürəcik, nəhayət, qırmızıya düşdü. Bu vaxt ərzində oyunçular artıq milyonlarla pul uduzmuşdular. Onlar bankrot oldular.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)