Vusala Mammadovahas quoted8 years ago
adamlara yanaşmağın iki fərqli üsulu mövcuddur. Birinci üsul, insanlara tənqidi gözlə baxmaqdan ibarət olan üsuldur. Mümkündür ki, bu, ədalətli, lakin sərt üsuldur; bu, laqeyd adamların yanaşmasıdır. İkinci üsul isə, zəriflik və yumor hissindən hörülmüş üsuldur. Bu zaman bütün nöqsan və qüsurları görmək, amma onlara təbəssümlə baxmaq olar – sən onları çox mülayim tərzdə, xətirə dəyməyən zarafatla düzəldirsən. Bu, sevən adamların yanaşmasıdır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)