Bahlul Valiyevhas quoted7 years ago
Blyuma kitab qurbanı oldu. Amma qurban təkcə o idimi? Qədim dilləri tədris edən ahıl Leonard Vud iflic oldu – kitab rəfindən “Britanika” ensiklopediyasının beş cildi düz başına düşdü. Dostum Riçard ayağını qırdı – qolunu uzadıb, kitab rəfində çox pis qoyulmuş Uilyam Folknerin “Avessalom. Avessalom” kitabını götürmək istəyərkən pilləkəndən yerə yıxıldı. Buenos-Ayresli başqa bir dostum dövlət arxivinin zirzəmilərində vərəmə yoluxdu. Və bu hələ nədi ki! Bir axşam nəyin şahidi olsam yaxşıdı, quduz it “Karamazov qardaşları”nı tikələyib yedi, sonra da bağırsaq çevrilməsindən öldü. Yataqda kitab oxuduğumu görəndə nənəm həmişə deyərdi: “Bu işin başını burax, kitabdan ancaq xətər gələr”. İllər boyu fikirləşirdim ki, bu sözlər onun nadanlığının dəlilidir, ancaq zaman göstərdi ki, alman mənşəli nənəm əslində, müdrik qadınmış.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)