bookmate game
b0497577606has quoted8 years ago
7

Havanı xəsisliklə içimə çəkərək, kabinədə oturanda xatirələr sel kimi axdı.
Ayvi və Rozett Mersedes küçəsində. Soy adı Eldə olan kimi Tempeltondur.
İpdən tullanan qızlar: Mənim yaşlı adamım sualtı qayıq sürür.
“Satellit Elektroniks” mağazasından Azdanıçan Mayk (Müqəddəs Mayk).
Supermen kimi köynəyini cıran Corc de Mohrenşildt.
Billi Ceyms Hargis və general Edvin A. Uolker.
Qərbi Nili küçəsindəki 214-cü evdəki qapımın kandarında duran qatilin gözəl girovu Marina Osvald: Bağışlayın, siz mənim əyimi (ərimi sözünü belə tələffüz edir) görməmişsiniz.
Texasın məktəb dərslikləri anbarı.
Altıncı mərtəbə, cənub-qərbi pəncərə. Dili Plazaya və üç qat tunelə dönən Elm küçəsinə açılan ən yaxşı pəncərə. Titrəməyə başladım. Çiyin əzələlərimi barmaqlarımla tutdum və qollarımı sinəmdə möhkəmcə çarpazladım. Belə bir vəziyyət keçə ilə bükülmüş boru kəsiyi ilə sındırılmış sol qolum ağrıdı, amma mən fikir vermədim. Sevinirdim. Ağrı məni aləmə bağlayırdı.
Əsməyim nəhayət ki, keçdikdən sonra mən başa çatmamış əlyazmanı, qiymətli mavi dəftəri və yerdə qalanı portfelimə yığdım. Əlimi düyməyə uzadıb, Melvini çağırmaq istəyirdim ki, son dəfə qutunun lap dibinə baxmağı düşündüm. Əlavə iki şey də tapdım. “Satellit Elektroniks” mağazasına gəlmək üçün uydurduğum nağılı təsdiq etmək məqsədilə lombarddan aldığım ucuzvari nişan üzüyünü gördüm. Digəri isə Osvaldın balaca qızına (Cun yox, Eyprılaya) məxsus olan qırmızı uşaq oyuncağı idi. Oyuncaq portfelə, üzük isə şalvarımın saat saxlanılan cibinə qoyuldu. Evə qayıdarkən onu yolda tullamağı düşünürdüm. Vaxtı gələrsə, Seydi daha gözəlinə sahib olar.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)