b5168939695has quoted8 years ago
Condan fərqli olaraq onun üzündə heç zivilcə də yoxdur.
İndi onun Şerona elə paxıllığı tuturdu ki! Onlar eyni ildə evlənmişdilər. Bir yaş kiçik olan Hollidən başqa,qalan üçünün də yaşı iyirmi dörddür və bundan istifadə edib üçü də ciddi şəkildə onun tərbiyəsi ilə məşğul olurdular. Bəziləri onu inandırmağa çalışırdılar ki, ərə gedəsi yaşda deyil, hələ imkan var ikən çoxlu səyahət eləməli, həyatdan zövq almalıdır. Amma Hollinin istədiyi bircə şey vardı – həmişə Cerriylə birlikdə olmaq. Holli onsuz boğulurdu.
Toy heç də Hollinin istədiyi kimi keçmədi. Bütün qızlar kimi, o da uşaqlıqdan ağappaq gəlinlik xəyal etmişdi, düşünmüşdü ki, həmin gün onun həyatının ən şən günü olacaq. Bütün dostları yığılıb gələcək, səhərə qədər rəqs edib gəlinə baxacaq, hətta bəlkə ona paxıllıqları da tutacaq. Amma tam tərsi oldu.
Holli valideyinlərinin evində, atasının "Mənim qalstukum hanı?!" və anasının "Mənim saçlarımı çox pis yığıblar!" qışqırtılarına oyandı. Ən maraqlısı isə bu çıxış idi: "Çox bərbad görünürəm! Bu halda, mən toya-filana gedə bilmərəm! Utanıb ölərəm! Ana, bir bax, nəyə oxşayıram! Qoy Holli gəlinin rəfiqəsi roluna başqasını tapsın, mən evdə qalıram. Cek, feni qaytar, saçlarım hələ qurumayıb!" Bu unudulmaz bəyanatı verən Hollinin kiçik bacısı Kiaraydı. Bütün səhəri o, elə hey qışqırıb durdu ki, heç yerə getməyəcək, çünki geyinməyə heç nəyi yoxdur, halbuki dolabı paltarla tıxlama dolu idi. İndi Kiara onların tanımadığı biri ilə Avstraliyada yaşayır, onunla yeganə əlaqə vasitəsi bayramdan-bayrama göndərdiyi elektron məktublardır.
O, şəhərin bir qismini bütün ailə Kiaranı dünyanın ən gözəl qızı olduğuna inandırmaqla məşğul oldu, bu ərəfədə Holli öz otağında səssiz-səmirsiz geyinməkdə idi vəözünü çox pis hiss eləyirdi. Nəhayət, Kiaranı yola gətirdilər, bunun üçün Hollinin təbiətcə çox sakit adam olan atası hər kəsi son dərəcə təəccübləndirərək ev dolusu bağırmalı olmuşdu: "Kiara, lənət şeytana, bu Hollinin bayramıdır, SƏNİN YOX!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)