ahmedoffelvin99361has quoted8 years ago
unudulur...
Ancaq Boliviya prezidenti bu müraciəti yox, tamam başqasını nəzərə alır. Onun yerinə yetirdiyi məsləhət Birləşmiş Ştatların Boliviyadakı səfiri Duqlas Endersona məxsusdur. Enderson prezident Lindon Consonu Boliviya meşələrində “kommunist gerilyero”nun olması barədə məlumatlandırır və Çenin qətlinin Vaşinqton üçün zəruri olduğunu onun nəzərinə çatdırır. Arqumentlər bu cürdür: kommunizmə qarşı birgə mübarizədə bütün dünyanın gözləri qarşısında döyüşdə öldürülmüş Çenin güllələrdən eybəcər hala salınmış portretini göstərmək vacibdir. Bu cür təhlükəli dustağı salamat qoymaq olmaz. Əgər onu məhbəsdə saxlasalar, hansısa “ekstremist və ya fanatiklər” qrupu onu azad etməyə cəhd göstərəcək. Məcbur olub onun məhkəmə prosesini keçirəcəklər, ictimai rəy yaranacaq və Boliviya hakimiyyəti ölkədəki sabit vəziyyəti qoruyub saxlamaqda aciz qalacaq. Səfir misal kimi Reji Debreyin məhkəmə ­prosesini göstərir, Kamiridə baş tutan həmin məhkəmə Birləşmiş Ştatların və Boliviyanın ümumi maraqlarına böyük zərbə vurub. Sonra səfir Reji Debreyin müdafiəsinə qoşulan Fransa prezidenti general de Qollun ünvanına kobud ifadələr işlədir və əlavə edir ki, əgər gənc fransız həbs anında qətlə yetirilsəydi, bu mürəkkəbliklərdən qaçılmış olardı. O, bir daha təsdiqləyir ki, Çe salamat qalarsa, hər iki ölkənin maraqlarına kölgə düşmüş olacaq. Əksinə, Çenin ölümü Kuba İnqilabı və xüsusən də Fidel Kastro üçün dəhşətli zərbədir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)