Vusala Mammadovahas quoted8 years ago
Bir dəfə Viktor Hüqonun yanında həyat barədə və həyatda ən çox nəyin vacib olmasına dair söhbət düşəndə yazıçı demişdi ki, onun fikrincə, həyatda həqiqətən qiymətli olan şey nə şöhrətdir, nə sərvətdir, nə də talant, ən vacibi sevmək və sevilmək, sevimli olmaq imkanıdır. Və o, haqlı idi. O şeyi ki, bizi sevən, bizə qəlbən bağlı olan adamla bölüşməyimiz mümkün deyil, deməli, həmin şey bizimçün heç bir dəyər kəsb etmir, lakin əgər biz ona qarşılıqlı cavab vermiriksə, onda bu sevgi də bizə çox az sevinc gətirəcək. Qətiyyən zərurət yoxdur ki, bizi sevən adamların sayı lap çox olsun. Mən daim o fikirdə olmuşam ki, ən kiçik şəhərcikdə də özünü xoşbəxt hiss edə bilərsən. Əgər yanında iki-üç sadiq dostun olsa, onda bu xoşbəxtlik hətta hardasa Saxara vadisində də mümkündür. Və əksinə, hər hansı dövlət başçısı, yaxud dünya şöhrətli bir artist ,çətin ki, xoşbəxtliyi dərk etsin, əgər yanlarında maskanı çıxarıb atmağın mümkün olduğu ən azı bircə canlı məxluq, bircə ürək sirdaşı yoxdursa. Bax, elə buna görə də görkəmli adamların həyatında onların dostlarının, arvadlarının, sevgililərinin oynadıqları rol bu qədər böyükdür.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)