Sara Sarahas quoted8 years ago
n sizə deyirəm:

– O insanla qarşılaşdığım gün həyatımın ən yaxşı və ən pis günü idi.

Güman edirəm ki, bundan sonra siz fincanınızı yerə qoyub soruşmalısınız:

– Bəs, əslində, necə idi? Ən yaxşı, yoxsa ən pis? Yəqin ki, eyni vaxtda həm ən yaxşı, həm də ən pis ola bilməzdi.

Əlbəttə, bu, mənə də qəribə gələrdi, ancaq nə qədər paradoksal səslənsə də, doğrudan da, Tanaka İçiro ilə qarşılaşdığım gün həyatımda ən yaxşı və ən pis gün oldu. Cənab Tanaka mənə elə qeyri-adi görünmüşdü ki, onun əllərindən yayılan balıq qoxusu da mənə ətir iyi kimi gəlmişdi. Əminəm ki, əgər o zaman onunla qarşılaşmasaydım, mən heç vaxt geyşa olmazdım.

Mən Kiyotoda geyşa olmaq üçün doğulub tərbiyə almamışdım. Mən heç, ümumiyyətlə, Kiyotoda doğulmamışdım. Mən Yapon dənizi sahillərində yerləşən Yorido adlı kiçik bir şəhərcikdə yaşayan balıqçının qızıyam. Bütün ömrüm boyu Yorido barədə, doğulub boya-başa çatdığım ev, atam, anam və böyük bacım haqqında yalnız bir neçə adama danışmışdım. Ancaq necə geyşa olduğum və geyşa olmağın necəliyi barəsində hələ heç kimə danışmamışam.

Çoxları güman edirdilər ki, yəqin, mənim anam, nənəm geyşa olub və ayağım yer tutandan mənə rəqs etməyi öyrədiblər. Yeri gəlmişkən, bir neçə il bundan əvvəl Yoridoya yaxın vaxtlardakı səfərindən danışan bir cənaba sake süzürdüm. Bilirsiz, o an özümü okeanın o tayından uçub gəlmiş və onun yuvasının harada yerləşdiyini tanıyan adamla qarşılaşmış quş kimi hiss etdim. Təəccübdən özümü saxlaya bilməyib qışqırdım:

– Yorido! Mən orada böyümüşəm.

Yazıq cənab! Onun üzündə müxtəlif hisslərin elə bir qamması yarandı ki! Sözlərim onu bərk elə heyrətləndirmişdi,ki, o gülümsəməyə çalışdı, ancaq bu, onda alınmadı.ona çox çətinliklə başa gəldi

– Yorido? – o, bir daha soruşdu. – Ola bilməz!

Mən təbəssümümün üzərində işləyib “No təbəssümü” adını verdiyim bir gülüş təkmilləşdirmişdim. Bu təbəssüm donuq cizgiləri ilə hər kəsin istədiyi kimi şərh edə bildiyi No maskalarını xatırladırdı. İndi təsəvvür edin ki, mən nə qədər tez-tez onun üstünlüklərindən istifadə edirdim. Mən elə indi də ondan istifadə etməyi qərara aldım və bu, işə yaradı. Cənab dərin bir nəfəs alıb sake dolu fincanı başına çəkdi.

– Əladır! – deyə uca səslə dilləndi və güldü. – Sən o Yorido adlı xarabalıqda böyümüsən. Bu, vedrədə çay dəmləmək kimi bir şeydir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)