Xuraman Memmedovahas quoted5 years ago
Böyük şəhər məkrlə doludur. Orada incə mədəniyyətlə adamları cəlb edən və ardınca aparan qarşısıalınmaz böyük bir qüvvə hökm sürür. Minlərlə işığın zəif titrəyişi heç də sevgi dolu gözlərin gözəl ifadəli parlayışından az təsir etmir. Hiyləsiz və sadəlövh adamın əxlaqı başlıca olaraq ondan asılı olmayan təsirlər nəticəsində pozulur. Dalğalanan səslər, həyatın qulaqbatırıcı gurultusu, nəhəng arı pətəyinə oxşayan insan toplantısı – bunların hamısı insanı heyrətləndirir, onun hisslərində bir qarmaqarışıqlıq və həyəcan törədir. Adamın yanında vaxtında izahat və ağıllı məsləhət verən adam olmadıqda bütün bunlar müdafiəsiz qulaqlara nə qədər yalan şeylər pıçıldayır! Bu təsirlər (onları düzgün qiymətləndirmək o qədər də asan deyildir) öz xarici gözəllikləri ilə musiqi kimi çox vaxt adamda ehtiyat hissini kütləşdirir, onu zəiflədir, sonra isə ən sadə təsəvvürlərini alt-üst edir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)