Deyəsən, təəccübləndiniz, – deyə mənim pərt üzümə baxıb gülümsədi. – Çox sağ olun ki, məni maarifləndirdiniz, amma indi çalışacağam ki, bunu tez bir zamanda unudum.
– Unutmaq?!
– Bilirsiniz, – o dedi, – mənə elə gəlir ki, insan beyni kiçik və boş çardağa oxşayır, istədiyin kimi oranı qura bilərsən. Axmaq, əlinə düşən hər tör-töküntünü ora doldurduğundan, yararlı, vacib əşyalara yer qalmaz, ən yaxşı halda isə bu qədər zir-zibilin içindən onu axtarıb tapa bilməz. Ağıllı adam isə beyin çardağına yığacağı şeyləri çox diqqətlə seçir. O, yalnız işinə lazım olan alətləri götürər, ancaq bu alətlər çox olduğu üçün onları nümunəvi şəkildə düzər. İnsanlar nahaq yerə düşünür ki, bu balaca otağın divarları elastikdir və onu nə qədər lazımdırsa genişlətmək olar. Sizi əmin edirəm, vaxt gələcək, təzəni əldə edəndə, köhnədən nəyisə unudacaqsınız. Ona görə də, yol vermək olmaz ki, lazımsız məlumatlar vacib biliklərin yerini tutsun.
– Elədir, amma Günəş sistemi haqqında bilməmək! – deyə etiraz etdim.
– Axı, o mənim nəyimə lazımdı? – Səbirsizcə sözümü kəsdi. – Yaxşı, qoy siz deyən kimi olsun, biz Günəşin ətrafında fırlanırıq. Birdən öyrənsəydim ki, biz Ayın ətrafında fırlanırıq, bunun mənə, ya da mənim işimə nə xeyri olacaqdı
Al-qırmızı Etüd, Konan Doyl
Şərh bildirmək üçün daxil olun və ya qeydiyyatdan keçin
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl