Vusala Mammadovahas quoted8 years ago
KƏNDLİ VƏ ALMA AĞACI

Kəndlinin bağında alma ağacı var idi, ağac bar vermirdi, budaqlarında isə sərçələr və cırcıramalar hoppanırdı. Kəndli ağacı kəsməyi qərara aldı və əlinə balta götürüb, zərblə ağacın kökünə vurdu. Cırcıramalar və sərçələr kəndliyə yalvarır, onlara sığınacaq verən ağacı kəsməməsini xahiş edirdilər. Onlar nəğmələri ilə adamın zəhmətini yüngülləşdirəcəklərini söz verirdilər. Yalvarışlara fikir verməyən kəndli balta ilə ikinci və üçüncü zərbəni endirdi. Ağacdakı koğuşa çatanda, burada ağzına qədər dolu arı pətəyi tapdı. Bal şanılarının dadına baxandan sonra, kəndli baltanı bir kənara atdı və ağaca qayğı ilə qulluq etməyə başladı, sanki ağac müqəddəs idi. İnsanların əksəriyyətinin hərəkətini müəyyən edən yalnız şəxsi təmannasıdır”.
Ezop, b.e.ə. VI əsr
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)