Vusala Mammadovahas quoted8 years ago
Kral Artura bir sual verirlər. Suala düzgün cavab versə, həyatı qurtulacaq, əks təqdirdə öləcək. Cavab üçün Krala 1 il vaxt verilir. Sual belədir: “Qadınlar nə istəyərlər?”. Bu, təbii ki, dünyanın ən çətin sualıdır. Lakin Kralın başqa şansı yoxdur. Kral ölkəsinə qayıdıb müxtəlif alimlərlə, elm adamları ilə danışsa da, sualına tam doğru cavab tapa bilmir. Sualın cavabını yalnız yaşlı bir cadugər bilirmiş. Vaxtın bitməyinə bir gün qalır. Artur məcburən cadugərin yanına gedir. Cavabı demək üçün cadugərin bir şərti olur. O, Arturun yaxın dostu, yaraşıqlı silahdaşı ilə evlənmək istəyirdi. Şərti qəbul edə bilməyəcəyini deyən Artur cadugərin yanından gedir. Hadisəni eşidən silahdaş Arturun yanına gələrək deyir: “Heç nə Kralın həyatından qiymətli deyil”. Beləcə cadugərdən cavabı alırlar: “Qadınlar hər zaman öz azad iradələri ilə qərar vermək istəyirlər”.
Tamamilə doğru olan bu cavab sayəsində Kralın həyatı qurtulur. Lakin əvəzində silahdaşının həyatı sönmüş olur. Nəhayət, kralın dostu üçün ən pis an – toy gecəsi gəlir. Lakin o, otağa girəndə cadugərin əvəzində dünyanın ən gözəl qadınını görür. Kralın dostu heyrətlənir və soruşur : “Sən kimsən?”. Qadın cavab verir: “Mən evləndiyin cadugərəm. Gündüzlər olduqca çirkin, gecələr son dərəcə gözəl oluram və ya əksinə. Necə görünəcəyimə sən qərar verəcəksən”.
Kralın dostu bir az düşünür. Gecələr mükəmməl bir sevgilimi, yoxsa gündüzlər xanımı ilə birgə qazanacağı hörmətmi? Cavabı belə olur: “Necə olmaq istədiyinə sən qərar ver. Mən sənin hər halına hörmət edirəm”. Cadugər bu cavaba çox sevinir: “Sən mənə seçim azaldığı verdin və məni məhdudlaşdırmadın. Ona görə də ömür boyu yanında gözəl və hörmətli görünəcəm”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)