Elvira Emilhas quoted8 years ago
İllər öncə bir gün marslılar, teleskopla ətrafa baxarkən birdən Venera planetini kəşf etdilər. Parlaq Veneraya sadəcə nəzər salmaq onlarda indiyədək heç vaxt bilmədikləri hissləri oyatdı. Marslılar aşiq olmuşdular və tezliklə kosmik gəmi ixtira edib Veneraya uçdular.
Xanımlar marslıları açıq ürəklə qarşıladılar. Onlara nə vaxtsa bu günün gəlməsi instinktiv olaraq məlum idi. Veneralıların ürəkləri əvvəl heç vaxt hiss etmədikləri sevgiyə geniş açıldı.
Marslılar və veneralılar arasında olan məhəbbət sehrli idi və həyatlarını tamamilə dəyişdirmişdi. Onlar həyatın bütün gözəlliklərindən birlikdə həzz alır, birlikdə işləyir, hər şeyi birlikdə edir və birlikdə bölüşürdülər. Müxtəlif dünyalardan olmalarına baxmay-araq aralarındakı — fərqliliklərdən həzz alırdılar. Onlar bir-birini öyrənməyə – fərqli ehtiyaclarını, davranış nümunələrini kəşf edib yüksək qiymətləndirməyə aylarla vaxt sərf etdilər, və birlikdə uzun illər sevgi, harmoniya içində yaşadılar.
Sonra Yer planetinə uçmağı qərara aldılar. Başlanğıcda hər şey olduqca gözəl və mükəmməl idi.
Lakin Yerdə atmosferin təsiri nəticəsində bir səhər yuxudan oyananda xüsusi amneziya – yaddaş pozğunluğu xəstəliyinə tutuldular!
Hər ikisi müxtəlif planetlərdən gəldiklərini və fərqli olduqlarını unutdular. Fərqlilikləri haqqında öyrəndikləri hər şey yaddaşlarından silindi. Və o gündən etibarən onların arasında heç vaxt bitməyən münaqişələr başlandı.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)