Gulshan Jabihas quoted8 years ago
Nadir dövrünün axırlarında qaçıb Şəki və Şirvan ölkələrində keçinən Pənah bəy İbrahim Xəlil oğlu Cavanşir, ardıcıl davam edən müharibələr nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq bayrağını yüksəltdi. Əvvəlcə Bayat və daha sonra Tərnaut qalasını bina etdi. Bu qalanın hasar və dükanlarının asarı I Şah Abbasın qışlağı yerində, Şah bulağı adlı çeşmənin yanında, indi də mövcuddur. Bir neçə vaxtdan sonra, erməni məliklərilə düşmənçilik edən Məlik Şahnəzər Vərəndəinin xahişinə görə, indiki Şuşanın yerində Pənahabad qalasını bina etdi. Erməniləri özünə tabe edərək, gündən-günə qüvvətləndi. Xudafərin körpüsündən başlayaraq Kürək çayına və Bərgüşat mahalına qədər yerləri ələ keçirtdi. Bundan əlavə, Qarabağa aid Mığrı və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutdu. O bəzən Ərdəbil və sair kimi qonşu ölkələri də özünə tabe edirdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)