Lacivərd Məmmədovahas quoted6 years ago
bir qayda olaraq, qatilin şəkli və mükafatın məbləği olan vərəqələr şəhərin hər bir tərəfinə yayılırdı. Minlərlə polis agenti şəhəri ələk-fələk edir, şübhəli hesab etdikləri evləri yoxlayırdılar. Üç gün çəkən axtarışdan sonra şefə məlumat verirdilər ki, bundan sonrakı axtarış faydasızdır. Çünki bilirdilər ki, canilər Qafqazın İsveçrəsi olan Xevsuriyaya qaçıb. Oraya qaçan salamat qalırdı.
Xevsuriya Tiflisə lap yaxındır. Bu torpaq azad və müstəqildir, heç bir polis qatili burada axtara bilməz. Xevsuriyanı dövrəyə alan nəhəng qaya divarları onu ətraf aləmdən ayırır. Bu “divarı” keçəndən sonra qarşında bir uçurum açılır. Xeyli aşağıda – vadidə Xevsurun azad kəndləri görünür. Sıldırımdan qaya aşağı uzun bir kəndir sallanır. Cəsarəti olan kəndirdən yapışıb xevsurların yanına düşə bilər. Polis heç vaxt buna getməz
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)