sheboohlii00has quoted4 years ago
Onun dünyaya gəlməsini, yəqin ki, anasından başqa görən olmamışdır, bütün həyatı boyu ona çox az adam fikir verir, lakin yəqin ki, onun həyatdan necə gedəcəyini də heç kim görüb hiss etməyəcəkdir; heç kim onu soruşmayacaq, onun dünyadan getməsinə təəssüf etməyəcək və heç kim də onun ölümünə sevinməyəcəkdir. Onun nə düşmənləri var, nə dostları, lakin çoxlu tanışları vardır. Bəlkə də, yalnız dəfn mərasimi yoldan keçən naməlum bir şəxsin nəzər-diqqətini özünə cəlb edər və yoldan keçən bu naməlum adama ilk dəfə nəsib olan bir ehtiramla təzim edər: bəlkə də, başqa bir maraqlanan adam dəfn mərasiminin qabağına qaçıb, mərhumun adını öyrənmək istəyər və buradaca bu adı yadından çıxardar
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)