b5100845609has quoted8 years ago
Quşu lap gözündən vurdun. Həqiqətən də, fərqlər sənin üçün heç bir əhəmiyyət kəsb etmir, mənim üçünsə, əksinə, yeganə əhəmiyyət kəsb edən amildir. Mən təbiətimə görə aliməm. Həyati vəzifəm elmdir. Elmsə, elə sənin dilinlə söyləsək, “fərq axtarmaq ehtirasıdır”. Məğzinəsə, yaxşısı budur, varmayaq. Biz alimlər üçün fərqləri ayırd etməkdən əhəmiyyətli heç nə yoxdur; elm elə fərqləri ayırmaq incəsənətidir. Məsələn, insanda onu başqalarından fərqləndirən cəhətləri tapmaq onu tanımaq anlamına gəlir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)