Vusala Mammadovahas quoted8 years ago
Saat 10-da yatıram. 10da dururam, yeməkdən sonra istirahət edirəm. Ancaq, buna baxmayaraq, yenə də darıxıram, əzizim Lika! «Qadınlarım» yanımda olmadığı üçün darıxmıram, ona görə darıxıram ki, şimal baharı burdakından yaxşıdır, həm də ona görə ki, həmişə məni bir fikir narahat edir; mən yazmalıyam, bu mənim borcumdur. Yazmaq, yazmaq və yazmaq. Mənim fikrimcə, bekarçılıq olmayan yerdə əsl səadət də yoxdur. Mənim idealım budur; avara olmaq və kök bir qızı sevmək. Mən əsil ləzzəti gəzəndə və yaxud oturanda, habelə, heç nə etməyəndə alıram. Mənim ən sevimli məşğələm lazımsız şeylər (yarpaq, güləş və s.) toplamaq və faydasız iş görməkdir. Bununla belə, mən ədibəm, hətta burada, Yaltada belə yazmalıyam.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)