Nurlan Süleymanovhas quoted8 years ago
Sekston başa düşürdü ki, NASA-nın lehinə olan Hollivud quraş­dırmaları sırf iqtisadi əsasa malikdir. Tom Kruzun qırıcı təyyarənin pilotu rolunu oynadığı “Topqan” blokbasteri çox böyük populyarlıq qazanandan sonra NASA Hollivudun is­təni­lən struk­turun popul­yarlığının artırılması işində necə bir potensiala malik olduğunu çox tez dərk etdi. Həmin film ma­hiyyət etibarilə Amerika hərbi-dəniz donanmasının və avia­si­yasının iki saatlıq rek­lam çarxıy­dı. Agentlik ki­nos­tudi­ya­lara öz poliqonlarında və mey­dan­çalarında – kosmod­rom­lar­da, uçuş-enmə zolaqlarında, uçuşların idarə edilməsi mərkəz­lə­rin­də, məşq mərkəzlərində işləmək üçün səs-küy salmadan, sa­kitcə, havayı imkan yaratmağa başladı. Hər yerdə ərazilərin is­tifadə olun­ması üçün çox böyük qonorarlar verməyə vərdiş edən pro­dü­serlər milyonlarla istehsalat puluna qənaət etmək üçün “havayı” meydan­çalarda filmlərini çəkərək bu imkandan məm­nun­luqla yapışdılar. Və aydın məsələdir ki, Hollivud bu yerlərdə işlə­­məyə icazəni yalnız NASA ssenarini bəyənəndən sonra alırdı.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)