Rüzgar Mövsümhas quoted8 years ago
— Zaurik, — dedi, bunu bil: mənim barəmdə çox şey danışırlar və bundan sonra, məhz bax elə sənə daha çox iftiralar uydurub deyəcəklər... Əgər ürəklərinə damsa ki, biz səninlə doğrudan-doğruya xoşbəxtik, bunu heç bir vaxt bağışlamayacaqlar bizə... Yüz çirkab tökəcəklər başımızdan və çalışacaqlar ki, bunların hamısı sənin qulağına çatsın. Amma mən istəyirəm ki, sən bir neçə şeyi dəqiq biləsən, Zaur. Birincisi odur ki, məlaikə-zad d-eyiləm, bu barədə heç bir illüziyan olmasın. Amma bu da həqiqətdir ki, mən hələ heç kəsi səni sevən kimi sevməmişəm və indiyəcən hələ heç kəsə də deməmişəm ki, onu sevirəm... Bax ən böyük, ən əsas həqiqət budur... Zaurik, dünyada bir həqiqət, bircə həqiqət var — qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah... Bax bu axşam var dünyada, bu meşə var, quşlar oxuyurdu bu meşədə, sən varsan, mən varam, bir-birimizi sevirik, bir yerdə olanda bəxtiyar oluruq, — budur bax həqiqət və bundan başqa heç bir ayrı həqiqət yoxdur. Sən uçub Moskvaya gəlmisən, orada aerodromun qalereyasında uzaqdan səni görüb bilirsən necə sevindim! Bəs sən? Bəs sən?..
— Mən də...
— Görürsən... Bax bu dəqiqələr var e, bu şoseylə Moskvaya gedirik ikimiz — sən və mən, — Bəxtiyarlıq budur, Zaurik, həqiqət, ən böyük həqiqət də budur... Ayrı bir həqiqət arama bizim münasibətlərimizdə... Bir yerdə olduğumuz dəqiqələrin xoşbəxtliyi ilə yaşa... Budur əsl həqiqət...
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)