romahas quoted7 years ago
Nexlyudov düşünürdü: «Bütün həyatın ağası biz olduğumuza, həyatın bizim zövq almağımız üçün yaradıldığına axmaqcasına inanaraq, biz də bunun eynisini edirik. Ancaq aydındır ki, bu, axmaq işdir. Əgər biz bu dünyaya gəlmişiksə, demək, kiminsə iradəsi ilə və nə üçünsə göndərilmişik. Ancaq biz bu qərara gəlmişik ki, öz sevincimiz üçün yaşayırıq və aydındır ki, öz sahibkarının iradəsinə əməl etməyən fəhlə kimi, biz də özümüzü pis hiss edəcəyik. Sahibkarın iradəsi isə bu ehkamlarda ifadə edilmişdir. Əgər insanlar bu ehkamlara əməl etsələr, o zaman yer üzündə ilahi səltənət bərqərar olar və adamlar onlara müyəssər olan nemətdən daha böyük nemət alarlar.
İlahi səltənəti və onun həqiqətlərini axtarın, o zaman qalan şeylər sizə müyəssər olar. Ancaq biz əvvəlcə qalan şeyləri axtarırıq və aydındır ki, onu tapmırıq.
Demək, mənim həyat məqsədim budur, işin biri qurtarmamış o biri başlayır».
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)