Vusala Mammadovahas quoted8 years ago
CANAVARLAR VƏ QOYUNLAR

Bir dəfə, lap qədim vaxtlarda, vaxt-vədə yetişənə qədər qoyunlarla dinclik şəraitində yaşamaq arzusunda olan canavarlar qoyunların yanına elçilərini göndərmişdilər. “Biz, – deyirdilər onlar, – niyə həmişə düşmənçilik etməliyik? Bu qəzəbli itlər – bütün bəlaların baiskarı bax onlardır; onlar dayanmadan bizim üstümüzə hürürlər və bununla da bizi əsəbiləşdirirlər. Onları qovun getsinlər və onda bizim əbədi dostluğumuza və sülhə heç nə mane olmayacaq”. Axmaq qoyunlar qulaq asdılar, itləri qovdular və ən yaxşı müdafiəçisindən məhrum olan sürü məkrli düşmənlər üçün asan şikar oldu.
Ezop, b.e.ə. VI əsr
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)