Vusala Mammadovahas quoted8 years ago
Kişi, hətta yeniyetmə oğlan da nəslin, ailənin, tərbiyənin təsiri altında formalaşıb, onun artıq müəyyən təcrübəsi var. Kişinin fiziki siması formalaşıb, vərdişləri oturuşub, zövqü müəyyənləşib. Əlbəttə, əgər bu işi ehtiyatla, xüsusi ehtiyatkarlıq və yumşaqlıqla, heykəltəraş barmaqları altında bərkiyən gili su ilə yumşaltdığı kimi, ona təriflər, komplimentlər söyləməklə görsən, dərhal olmasa da, tədricən kişinin zəif yerlərini düzəltmək mümkündür. Lakin birbaşa və əsəbi, tündməzac tənqid kişini qorunmağa, müdafiə olunmağa məcbur edir. Etibarlı sığınacaq yeri olmağa xidmət etməli olan sevgi təhdid və cəzaların tikanlığına çevrilir. Əgər kişi çox bərk vurulubsa, əvvəlcə o hər cür məcburiyyətlə barışır və daha yaxşı olmağa, daha yaxşı görünməyə cəhd göstərir, lakin sonra onun həqiqi təbiəti üstün gələcək və kişi onu sındıran, yendirən şeyi lənətləməyə başlayacaq, sevgi zəifləyəcək və sönüb gedəcək. Ola bilsin, kişi hətta onun ən qiymətli xəzinəsini – özünə əvvəlki inamını oğurlamış şeyə bütün varlığıyla nifrət edəcək. Beləcə, son dərəcə tələbkar, iradcıl qadınların günahı ucbatından ərlə arvad arasında gizli hiddət yaranır…».
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)